Yazını böyüt
Yazını kiçilt
Tbilisi Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinə görə həbsdən buraxılmaması barədə qərarını qüvvədə saxlayıb.
Hata.az xəbər verir ki, bu barədə Saakaşvilinin silahdaşı Yekaterina Xerxeulidze sosial şəbəkədə yazıb.
"Apellyasiya Məhkəməsi Mixail Saakaşvilinin işinə qiyabi baxıb və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb", - Xerxeulidze yazıb.
Sonradan Tbilisi Apellyasiya Məhkəməsi öz qərarını onunla əsaslandırıb ki, iş materialları ilə tanış olduqdan sonra Saakaşvilinin vəkillərinin şikayətini təmin etmək üçün əsas yoxdur.