Gürcüstanda koronavirusa yoluxma sayı artdı

11:48 17.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  780 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

 

Hafta.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  247 805, ölənlərin sayı isə 2 933 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 232 993 nəfərin sağaldığı bildirilir.

Oxunma sayı 204