Son sutka ərzində Gürcüstanda koronavirusla əlaqədar 12 min 700 nəfər test edilib. Nəticədə 479 nəfərdə COVID-19 virusu aşkar olunub.
Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilib ki, pandemiya dövründə ümumilikdə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 258 min 111-ə yüksəlib.
Son sutka ərzində 491 nəfər koronavirusdan müalicə olunub və bu virusdan sağalan xəstələrin ümumi sayı 249 min 28 nəfərə çatıb.
Pandemiya qurbanlarının sayı isə 3 min 178-ə yüksəlib ki, onların da 19-u son sutka ərzində dünyasını dəyişib.
Hazırda Gürcüstanda aktiv koronavirus xəstəsinin sayı 5879-dur. Karantin zonalarında 545, kovid otellərdə 304 nəfər var. Daha 16 min 316 nəfər isə özünütəcrid rejimindədir.