Gürcüstanda koronavirusdan ölənlərin sayı açıqlandı

12:48 07.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  404 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  262 024, ölənlərin sayı isə 3 283 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 253 614 nəfərin sağaldığı bildirilir.