Gürcüstanlı nazir WUF13 barədə məlumatlandırılıb

19:35 05.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

Eyni zamanda, ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED) hazırlıq prosesi barədə qonaqlara məlumat verilib.