Haaqada Rusiya üçün xüsusi tribunal yaradılması müzakirə olunur

18:43 02.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın təcavüz cinayəti üçün xüsusi tribunalın yaradılması məsələsi praktiki irəliləyiş əldə olunmayan yeganə məsələdir.

Hafta. xəbər verir ki,  “Yevropeyskaya pravda”nın yaydığı məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Haaqada 57 ölkə nümayəndələrinin iştirakıyla “Ukrayna üçün ədalətin bərpası” konfransı başlamazdan əvvəl jurnalistlərə bildirib.

Xarici işlər naziri xüsusi tribunalın yaradılması məsələsini ən çətini adlandırıb, çünki onun sözlərinə görə, gələcək tribunalın iki fərqli konsepsiyası toqquşub.

"Bəziləri hesab edir ki,  hüquqi məsələləri həll etmədən tribunal elə indi işə salınmalıdır. Amma həmin tribunal prezident Putini və daha iki nəfəri şəxsən mühakimə edə bilməyəcək. Digər qrup isə hesab edir ki, bu məsələ həll olunmayana qədər  tribunalın açılmasının heç bir mənası yoxdur”, – Kuleba qeyd edib.

“Bu, yeganə məsələdir ki, praktiki irəliləyiş yoxdur və tribunalın parametrləri ilə bağlı müzakirələr davam edir”, - deyə o, bu mövzuda zəngin və problemli müzakirələr gözlədiyini qeyd edib.