Yazını böyüt
Yazını kiçilt
Sərbəst güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionu olub.
Hafta.az xəbər verir ki, H.Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz dörddəbir finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına yüksəlib.
Həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gələn Hacı Əliyev dördqat Avropa çempionu olub.