Yazını böyüt
Yazını kiçilt
Azərbaycan güləşçiləri Hacı Əliyev və Mariya Stadnik V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıblar.
Hafta.az bildirir ki, Hacı Əliyev finalda Albaniya idmançısı Zelimxan Abakarovu vaxtından əvvəl 4:0 hesabı ilə məğlub edərək çempion olub.
50 kiloqram çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik isə həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İmmaeva ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən M.Stadnik V İslam Həmrəyliyi Oyunlarının qalibi olub. M.Stadnik 2017-ci ildə Bakıda keçirilən dördüncü İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.
Qeyd edək ki, avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.