Hacıqabul polisi sakinlərə 500 tibbi maska paylayıb

21:17 09.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları əhalinin sıx toplaşdığı yerlərdə - bankların və bankomatların önündə, poçt xidməti şöbələrinin qarşısında, parklarda sakinlərə maskalar paylayıblar.

Hafta.az xəbər verir ki, polis əməkdaşları, həmçinin sakinlərlə maaarifləndirmə və tövsiyə xarakterli söhbətlər də apararaq, pandemiyanın yayılmasının qarşısının alınması üçün növbələrdə dayanarkən və nəqliyyat vasitələrində olarkən sosial məsafə tələblərinə riayət olunması barədə xəbərdarlıq ediblər.

Aksiya çərçivəsində polis əmakdaşları tərəfindən sakinlərə 500 tibbi maska paylanıb.