Hacıqabulda 8 otaqlı ev yanıb

10:52 17.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul rayonunda ümumi sahəsi 150 m² olan taxta konstruksiyalardan ibarət 2 mərtəbəli 8 otaqlı evin 2 otağı və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.