Hacıqabulda beş nəfərin öldüyü yanğınla bağlı cinayət işi başlanıb

16:51 12.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda beş nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi başlanıb.

Bu barədə hafta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.