Hacıqabulda qəza - 1 nəfər ölüb

13:09 16.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, magistral yolda hərəkət edən minik avtomobili yolu keçən Ucar rayonunun Qaradağlı kənd sakini, 1976-cı il təvəllüdlü Mustafa Məmmədovu vurub. Sürücü dərhal yaralını özü xəstəxanaya çatdırıb. Lakin yaralı xəstəxanaya çatdırılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 29