Hakan Fidan Umerovla görüşdü

23:29 03.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşüb

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşün NATO ölkələrinin xarici işlər nazirlərinin iclasının keçirildiyi gün baş tutduğu bildirilib. Tərəflər arasında müzakirə olunan mövzular barədə hələlik rəsmi məlumat yayılmayıb.