Hamburqer sifariş etdi - İÇİNDƏN İNSAN BARMAĞI ÇIXDI  

18:31 17.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Boliviyanın Santa Cruz de la Sierra şəhərinin sakini kafedə aldığı hamburgeri yeyərkən içindən ​​insan barmağı tapıb. Hafta.az xəbər verir ki, bu barədə Market Research Telecast portalı məlumat yayıb.

Hadisənin araşdırılması zamanı qadının "Böyük Hamburger" adlı yemək sifariş etdiyi məlum olub. O, bir dişlək alıb və çörəklərin arasında kəsilmiş insan barmağı görüb.

İstehlakçıların hüquqlarının müdafiəsi nazirinin müavini Jorge Silva hadisə ilə bağlı bildirib ki, hamburqer həmin müəssisədə satılıb. Onun içindən insan barmağının qalığının aşkarlanması isə sübut edilib.

İlkin məlumatlara görə, iki gün əvvəl 20 restoran zəngiri üçün hamburqer farşı hazırlayan istehsalat müəssisəsində bir işçi qəza nəticəsində iki barmağını itirib. İşçi özəl xəstəxanalardan birinə yerləşdirilib.

Adam hamburger üçün istifadə olunan 45-80 kiloqramlıq ət bişirirmiş. Qurum rəhbərliyi hadisə günü hazırlanan qıyma ət partiyasının yığışdırıldığını bəyan etsə də, daxili araşdırma aparılacağını vurğulayıb.

Qadının hamburqerindən barmaq çıxan restoran bağlanıb. Silva, ətin qəbul oluna biləcəyi 20 müəssisənin hamısında yoxlamalar aparılacağını vurğulayıb.