Hamiləlik və doğuma görə əmək məzuniyyəti artırıla bilər - TƏKLİF

10:10 18.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hamiləlik və doğuma görə məzuniyyət müddətinin uzadılmasını təklif edirik.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, hazırda mövcud qanunvericiliyə görə məzuniyyət müddəti 126 gündür.

 

“Təklif edirik ki, bu müddət 140 günə çatdırılsın. Yəni, hazırki müddət daha 14 gün artırılsın”, - deyə o əlavə edib.

Xəbər yenilənəcək