Hansı halda notariat hərəkətinin aparılması dayandırıla bilər?

12:20 26.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qanunvericiliyə əsasən, aidiyyəti orqanlardan əlavə məlumat və ya sənəd tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək üçün notariat hərəkətinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.

Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır. Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir.