Hansı üzlə bir daha Laçına gəlir? - Anjey Kaspşiki gündəmə qaytarmağa çalışırlar  

15:19 18.08.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in hazırkı prezidenti Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Laçın yolu regionuna göndərib.

Hafta.az xəbər verir ki, bu barədə Buyar Osmani öz “Twitter” səhifəsində yazıb.

“Mən şəxsi nümayəndəmdən xahiş etmişəm ki, Laçın bölgəsinə gəlsin və oradakı vəziyyətlə bağlı mənə məlumat versin”.

ATƏT rəhbəri bildirib ki, belə bir qərara ötən həftə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra gəlib.

“Laçın dəhlizi ilə nəqliyyatın maneəsiz hərəkətinin təmin edilməsi ilə bağlı çağırışımı təkrar edirəm. Paralel olaraq digər marşrutlar da açılmalıdır. Humanitar aspektlər həmişə üstünlük təşkil etməlidir. Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT bunu dəstəkləməyə hazırdır”, - B.Osmani belə yazıb.

P.S. Bütövlükdə ATƏT-in “məşhur” Minsk qrupu kimi, ATƏT rəhbərlərinin şəxsi nümayəndəsi kimi çalışdığı son onilliklərdə günlərini İrəvanda, Xankəndində yeyib-içmək, eyş-işrətlə keçirən Kaspşik, görəsən, hansı üzlə bir daha Azərbaycan ərazisinə gəlmək niyyətindədir?..

Siyasət rubrikasından digər xəbərlər