Harris Trampla debatda iştirakdan imtina edib

10:14 20.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 4-də seçki debatlarını keçirməkdən imtina edib.

Bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Kamala Harris indicə bizə bildirdi ki, "Fox News" televiziya kanalının efirindəki debatda iştirak etməyəcək", - deyə o bildirib.

D.Tramp qeyd edib ki, hadisələrin bu cür inkişafı onu “təəccüblənmir”, debatlar əvəzinə o eyni tarixdə "Fox News" platformasında seçicilərin suallarına cavab verəcək.