Hava Limanında 10300 tülkü quyruğu ələ keçirilib

10:20 13.10.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İstanbul hava limanında Moskvadan gələn iki sərnişinə məxsus 4 çamadanda 10300 tülkü quyruğu ələ keçirilib.

Hafta.az-ın yazdığına görə, bu barədə Türkiyə Ticarət Nazirliyinin məlumatında deyilir. Qeyd olunur ki, İstanbul Hava Limanı Sərnişin Salonu Gömrük Müdirliyi qrupları ilə Gömrük Mühafizə Qaçaqmalçılığı və Gömrük Mühafizəsi qrupları tərəfindən birgə keçirilən risk analizi və hədəfləmə araşdırmasında qaçaqmal daşınması aşkarlanıb.

Məlumata görə, tülkü quyruqlarını daşıyan sərnişinlər Özbəkistan və Yunanıstan vətəndaşlarıdır.