Hava pisləşəcək - Xəbərdarlıq

16:03 30.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ETSN Milli Hidrometeorologiya Xidmətinin hafta.az-a verdiyi məlumata görə, Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-si arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. 


Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20  m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.