Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi

14:35 10.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, noyabrın 11-i gündüzdən 13-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Noyabrın 11-i gündüzdən 13-dək Azərbaycan rayonlarının bəzi yerlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.