Havanı çirkləndirən sexin sahibi cəzalanıb

12:01 10.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.

Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş” verilib.

Oxunma sayı 1578