Havanın temperaturu daha da YÜKSƏLƏCƏK

14:54 05.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Növbəti iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələcək.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və Aran rayonlarında 35-38° isti, bəzi yerlərində 40° isti, dağlıq ərazilərdə 25-30° isti olacağı gözlənilir.