Hazırda ölkəmizdə 150-yə yaxın daşıyıcı şirkət var - Ekspert

11:08 25.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin bəzi elektron ticarət platformaları hazırda da Azərbaycana birbaşa göndəriş edə bilir.

Bu fikirləri hafta.az-a Elektron Ticarət İctimai Birliyinin İdarə Heyətinin üzvü, elektron ticarət məsələləri üzrə mütəxəssis Nicat Manafov bildirib:

“Məsələn, Hepsiburada.com, N11.com Azərbaycana birbaşa məhsul göndərir. İndi “Trendyol” da buna qoşulacaq. “Hepsiburada” və “N11” də ən böyük problem ondan ibarət idi ki, Azərbaycana çatdırılma qiyməti bahalı idi. Eyni zamanda, bir çox məhsulları, o cümlədən marka malları Azərbaycana göndərmirdi. Çünki həmin markaların ölkəmizdə rəsmi təmsilçiləri var.

“Trendyol”un başqa bir üstünlüyü var ki, bu platformada satılan məhsulların 80 faizi türk markalarıdır. Hansı ki, onların bir çoxunun Azərbaycanda rəsmi dillerləri yoxdur. Ona görə də həmin məhsulları rahatlıqla ölkəmizə göndərə biləcəklər. Və onu da qeyd edim ki, “Trendyol”nun satış rəqəmləri və həcmi də digər internet mağazaları ilə nisbətdə Azərbaycanda daha yüksəkdir. Alınan məhsulun 75-80 faizi bu platformadan sifariş edildiyi üçün “Trendyol” münasib qiymətdən ölkəmizə məhsullarını göndərə biləcək. Amma bu indi baş verəcək proses deyil, bəlkə 1-2 ilə reallaşdı.

Bundan sonra Türkiyənin bütün internet mağazaları, xüsusən yeni nəqliyyat yolunun açılması ilə də bərabər yolüstü, həm də hava nəqliyyatıyla məhsullarını Azərbaycana uyğun qiymətə göndərəcəklər. Nəticədə müştərilər məhsulları birbaşa əldə etmək imkanına malik olacaqlar. Azərbaycanda olan daşıyıcı şirkətlər isə məhsulu birbaşa aldığımız üçün fəaliyyət göstərə bilməyəcəklər”.

Ekspert onu da vurğulayıb ki, hazırda ölkəmizdə 150-yə yaxın daşıyıcı şirkət var:

“Bu şirkətlər qeyd etdiyim ki, bir çoxu bağlanacaq, ya da yaxın 2-3 ildə məcbur fəaliyyət istiqamətlərini dəyişəcəklər”.

Oxunma sayı 24