Hazırda Türkiyə və Ermənistan rəsmiləri arasında görüş planlaşdırılmır - Çavuşoğlu

13:44 27.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu əlaqələrin normallaşması üçün Türkiyə və Ermənistan rəsmiləri arasında görüş keçiriləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

M.Çavuşoğlu bildirib ki, hazırda belə bir plan yoxdur: “Bilirsiniz ki, Ermənistanın baş naziri Nikol Paşinyan müsbət mesajlar verdi, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da mesajlar verdi. Bizim məqsədimiz müharibədən sonra bölgənin sülh bölgəsinə çevrilməsidir. Bilirsiniz ki, Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edib və hələ də Ermənistandan müsbət bir cavab verilməyib.

Biz hər zaman olduğu kimi bundan sonra da bu məsələ ilə bağlı bütün addımlarımızı Azərbaycanla birlikdə koordinasiya edirik, birlikdə qərar veririk və birlikdə addım atırıq və bundan sonra da belə olacaq”.

Oxunma sayı 10
Siyasət rubrikasından digər xəbərlər