Həbs olunan icra başçısına 11 il iş kəsildi

18:00 18.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hafta.az-ın xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.