Həbsdə olan gömrük generalları ev dustaqlığına buraxıldı

15:20 18.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsinin həbsdə olan iki vəzifəli şəxsi, general-mayor Məsum Rəsulov və general-mayor Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

Trend-in məlumatına görə, məhkəmə M.Rəsulov və E.Xəlilovun müdafiəçilərinin vəsatətlərini təmin edib və onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

Xatırladaq ki, hər iki şəxs külli miqdarda mənimsəmədə təqsirləndirilərək həbs edilmişdilər.