Hədə qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

11:02 09.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda hədə qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xitmətindən hafta.az-a verilən xəbərə görə, noyabrın 8-də paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.