Həftənin MƏĞLUBİYYƏTİ - Həftə-reytinq

12:46 23.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində son oyuna çıxıb. Canni De Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşıb. Belçika hesabı 17-ci dəqiqədə açıb. Eddi İsrafilov 24-cü dəqiqədə qırmızı vərəqə alıb. Lukaku poker edib. O, 27, 30 və 37-ci dəqiqələrdə də fərlqənib. Torssard 90-cı dəqiqədə fərqi 5 topa çatdırıb. Oyun 0-5 rəqibin millimizi məğlub etməsi ilə yekunlaşıb.

 

Həftənin İMTİNASI

“Dünyada baş verən bütün faciələrin, müharibələrin müəllifi, təşkilatçısı ABŞ-dir”. Bu fikirləri deputat Fəzail Ağamalı parlamentin plenar iclasında bildirib. “90-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-də oldum. Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığını verdilər. Bu gün onların hər ikisindən imtina edirəm”, - deyə millət vəkili vurğulayıb.

 

Həftənin HƏDİYYƏSİ

Əməkdar artist Vəfa Zeynalova paylaşımı ilə diqqət çəkib.  Aktrisa ona hədiyyə edilən çələngin fotosunu sosial media hesabında paylaşıb. Çələngin güldən deyil, dollar əsginaslarından ibarət olması müzakirələrə səbəb olub.

 

Həftənin GƏLİRİ

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün gəncliyindən bəhs edən “Atatürk” filmi barədə maraqlı faktlar məlum olub. Baş rolda Aras Bulut İynemlinin çəkildiyi film 14 günə 114 milyon lirə (təxminən 6,7 milyon manat) gəlir əldə edib. Filmi 2 həftədə 1 milyon 36 min insan izləyib. Bu, il ərzində baxış sayı milyonu keçən 7-ci film olub.  Filmin rejissoru Mehmet Ada Öztekindir. Qeyd edək ki, ekran işi Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü çərçivəsində çəkilib.

 

Həftənin GÖRÜŞÜ

Çin sədri Si Cinpin və ABŞ Prezidenti Co Bayden San-Fransisko yaxınlığında apardıqları danışıqlarda yeni şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər. Bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib. Kirbi əlavə edib ki, görüşlə bağlı hələ dəqiq tarix təyin olunmayıb.

 

Həftənin PAPAĞI

Fransada 1804-1815-ci illər arasında imperator olan Napoleon Bonapartın taxdığı papaq paytaxt Parisdə hərraca çıxarılacaq. Napoleonun  qiyməti 600 min avrodan (1 milyon 113 min AZN) 800 min avroya (1 milyon 484 min AZN) qədər olan məşhur papağı Parisdə yeni sahibini tapacaq. Həmçinin, hərraca papaqdan əlavə Napoleona məxsus digər şəxsi əşyalar da çıxarılacaq. Hərracı təşkil edən “Jean Pierre Osenat” şirkəti bildirib ki, insanlar bu papağı hər yerdə tanıyacaqlar.

Oxunma sayı 172