Həftənin MƏRHUMU - Həftə-reytinq

13:58 18.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabiq millət vəkili Hadi Rəcəbli vəfat edib. O, 76 yaşında dünyasını dəyişib. Mərhumun qardaşı İqbal Rəcəbli bildirib ki, Hadi Rəcəbli ürəktutmadan vəfat edib. Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

 

Həftənin ÖZGÜVƏNİ

ABŞ-nin sabiq prezidenti Donald Tramp açıqlayıb ki, III Dünya müharibəsinin qarşısını yalnız o ala bilər. “Mən sübut edəcəyəm ki, bunu edə bilən yeganə şəxs mənəm. Co Bayden administrasiyasındakı adamların III Dünya müharibəsinin qarşısını necə almaq barədə heç bir fikri yoxdur”, - o bildirib.

 

Həftənin TƏKLİFİ

Türkiyəli müğəni Hülya Avşar evlilik proseduru ilə bağlı verdiyi təkliflə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. Avşar evliliklərin kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. “Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman tərəflər daha məsuliyyətli olar. Beş ilin sonunu həyəcanla gözləyərlər ki, görəsən, yenidən mənimlə evlənmək istəyərmi?”.

 

Həftənin HƏDİYYƏSİ

Türkiyə millisinin sabiq yarımmüdafiəçisi və “Eyüpspor”un baş məşqçisi Arda Turan həyat yoldaşı Aslıhan Doğan Turana bahalı hədiyyə alıb. Futbolçu həyat yoldaşına 2,1 milyon avro dəyərində “Rolls-Royce” hədiyyə edib. Qeyd edək ki, Arda Turanla Aslıhan Doğan 5 ildir evlidirlər. Onların Hamza Arda və Asil Aslan adlı iki övladı var.

 

Həftənin QOCASI

Dünya şöhrətli aktyor Ceki Çanın sosial şəbəkədə yayılan son fotosu böyük müzakirələrə səbəb olub. Ötən həftə 70 yaşı tamam olan aktyor sosial şəbəkə hesabında şəklini paylaşıb. Aktyor şəkildə saçı və saqqalı ağarmış, həddən artıq yaşlanmış görünüb. Onun birdən-birə bu qədər qocalması sevənlərini məyus edib. Ceki Çan izləyicilərini çox intizarda qoymayıb və  yeni rolu üçün belə göründüyünü bildirib.

Oxunma sayı 68