Həftənin QAÇAQLARI - Həftə-reytinq

10:05 13.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın hər iki qızı Qarabağı tərk edib. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, qızlardan biri ailə qurduqdan sonra, digəri isə təhsil bəhanəsi ilə İrəvana köçüb. Hətta “fövqəladə dövlət xidməti”nin əməkdaşı olan Arutyunyanın kürəkəni də işdən çıxarılıb və Qarabağı tərk edib. Qarabağı tərk edən ermənilər haqda tənqidi və istehzalı danışan Arayikin qızlarının bunu etməsi cəmiyyətdə suallar yaradıb.

 

Həftənin GÖRÜŞÜ

Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Kremldə Yevgeni Priqojin və “Vaqner” komandirləri ilə təxminən üç saat söhbət edib. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Prezidentin belə bir görüşü olub. O, görüşə 35 nəfər dəvət etmişdi - bütün dəstə komandirləri və şirkət rəhbərliyini, o cümlədən Priqojinin özünü”, - Peskov deyib

 

Həftənin MÜKAFATI

Litva Prezidenti Gitanas Nauseda ABŞ Prezidenti Co Baydenə ölkənin ən yüksək dövlət mükafatı - Böyük Vitautas ordenini təqdim edib. Baydenə qədər heç bir ABŞ Prezidenti bu mükafata layiq görülməyib. Qeyd edək ki, orden 1930-cü ildə təsis edilib. Onunla Litva dövləti qarşısında görkəmli xidmətlərinə görə litvalılar və əcnəbilər mükafatlandırılırlar.

 

Həftənin TRANSFERİ

“Real”ın yeni transferi Arda Gülər Madrid klubuna keçidi ilə bağlı açıqlama verib.  18 yaşlı yarımmüdafiəçi bu barədə təqdimat mərasimində danışıb: “Həyatımın ən xüsusi günüdür. Bura gəlməyimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. “Real”ın əfsanəsi olmaq istəyirəm. Bura oynamağa gəlmişəm. Baş məşqçi və klub prezidenti transferimi istədi, ona görə seçimim belə oldu. Yarımmüdafiədə və sağ cinahda oynaya bilirəm. Mövqeyimin fərqi yoxdur. Rəqabətə hazıram”. Qeyd edək ki, “Real” “Fənərbaxça”dan transfer etdiyi Türkiyə millisinin üzvü ilə 6 illik müqavilə imzalayıb.

 

Həftənin MƏRHUMU

Türkiyəli məşhur aktyor və musiqiçi Özkan Uğur 69 yaşında vəfat edib. Aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, 69 yaşlı türkiyəli  aktyorda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanmışdı. Xatırladaq ki, Özkan Uğur bir zamanların məşhur "Cennet mahallesi" serialında "Beter Ali" obrazını canlandırıb. Həmçinin, aktyor bir zamanların məşhur MFÖ qrupunun da üzvü olub.

 

Həftənin GENERALI

Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Oleq Sokov Ukrayna hərbçiləri tərəfindən Berdyanskda öldürülüb. Bu barədə Mariupol merinin məsləhətçisi Pyotr Andrüşenko teleqramda bildirib. Onun sözlərinə görə, hələ 2022-ci ilin sentyabrında Sokovu yaralamışdılar, lakin o vaxt sağ qalmışdı. Xatırladaq ki, iyunun əvvəlində Xerson vilayətinin Staraya Zburyevka şəhərində iki rusiyalı general öldürülmüşdü.

Oxunma sayı 125