Həftənin XƏYALPƏRƏSTİ - Həftə-reytinq

10:10 30.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Politico” nəşri “İlin xəyalpərəsti”ni seçib. Bu nominasiyaya Ukrayna Prezidenti Volodimir Zelenski uyğun görülüb. Qeyd edək ki, bundan əvvəl nəşr 2023-cü ilin ən nüfuzlu siyasətçilərinin reytinqi ilə intriqa yaratmış, birinci yerdən başqa bütün liderləri dərc etmişdi. Söhbət Avropa liderləri arasında “1 nömrəli akt” nominasiyasından gedir. Belə ki, dördüncü yeri Ukrayna Prezident aparatının rəhbəri Andrey Yermak, üçüncü yeri Fransa lideri Emmanuel Makron, ikinci yeri isə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen tutub.

 

Həftənin KURYOZU

Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı işıq sönüb. Bu zaman Paşinyan çaşqınlıqla ətrafa baxıb. Bir neçə saniyədən sonra isə işıqlar yenidən yanıb. O, buna görə ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanı tənqid edib. Onun sözlərinə görə, ölkədə elektrik enerjisi keyfiyyətsizdir və hətta hökumət binalarında kabinetlərdə daima işıqlar əsir.

 

Həftənin ARZUOLUNMAZI

Estoniya, Latviya və Litvanın XİN rəhbərləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Skopye şəhərində keçiriləcək iclasında iştirak etməkdən imtina ediblər. Məlumata görə, buna səbəb sözügedən iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirak etməsidir.  Bununla yanaşı, Ukraynanın XİN rəhbəri Dmitri Kuleba da həmin iclasda iştirakdan imtina edib.  Qeyd edək ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası noyabrın 30-dan dekabrın 1-nə qədər Şimali Makedoniyada baş tutacaq.

 

Həftənin İMTİNASI

Böyük Britaniyanın Baş naziri Rişi Sunak yunan həmkarı Kiriakos Mitsotakis ilə planlaşdırılan görüşdən imtina edib. Bu barədə Yunanıstanın Baş nazirinin saytında məlumat yayılıb. “Böyük Britaniyanın Baş naziri ilə planlaşdırılan görüşümüzün baş tutmasına bir neçə saat qalmış ləğv etməsindən narahatlığımı bildirirəm”, – deyə Mitsotakis bildirib.

 

Həftənin ƏN YAXŞILARI

XXI əsrin ən yaxşı 25 futbolçusunun adı məlum olub. Siyahını “FourFourTwo” nəşri tərtib edib. Siyahıya əsasən, I pillədə “İnter Mayami”nin futbolçusu Lionel Messi, II yerdə isə “əl-Nəsr”in oyunçusu Kriştiano Ronaldo yer alıb.  Top onluqda sonrakı yerləri Andres İnyesta, Xavi, Ronaldinyo, Zinəddin Zidan, Thierry Henry, Manuel Noyer, Kaka, Luis Suarez tutub.

 

Həftənin XƏSTƏSİ

Türkiyəli müğənni və aktrisa Hülya Avşar koronavirusa yoluxub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, 60 yaşlı sənətçi müalicə almağa başladığı üçün bir müddət səhnədən uzaq qalacaq.

Oxunma sayı 156