Həmin təyyarənin qara qutusu TAPILDI

14:30 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinin "C-130" hərbi-nəqliyyat təyyarəsinin qara qutusu tapılıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.