Həmin uşaqlarla bu cür davranmaq qəti şəkildə olmaz - Psixoloq

16:22 04.03.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Əslində hiperaktivlik zamanında müalicə olunmasa, ömür boyu problemə çevrilir. Amma əksər hallarda valideynlər övladlarında olan diqqət əksikliyini sadəcə dəcəllik kimi başa düşürlər Onları yanlış davranışları ilə əlaqədar danlayır, hirslənirlər. Həmin uşaqlarla bu cür davranmaq qəti şəkildə olmaz.

Bu fikirləri hafta.az-a psixoloq Vəfa Rəşidova deyib:

 Əksinə, onlarla daha mülayim davranmaq, zamanlarının boş keçməməsi üçün daim hansısa məşğuliyyət növünə yönləndirmək lazımdır. Hiperaktiv uşaqların su ilə, qum ilə oynamaları, üzmələri, şəkil çəkmələri çox faydalıdır. O cümlədən açıq havada keçirəcəkləri bütün zaman onların xeyrinədir. Bir məqam da var ki, hiperaktiv uşaqlarda ünsiyyət problemi olmur, amma tezliklə həmin ünsiyyətdən sıxılırlar. Məsələn, bir kitabı axıra qədər oxuyub qurtara bilmirlər. Hətta özləri verdikləri sualın cavabına axıra qədər dözüb qulaq asmağı bacarmırlar. Əgər müəyyən yaş dövrünə qədər müalicə olunmazlarsa, bu natamam davranışlar onları bir ömür boyu təqib edir. Müəyyən bir peşə sahibi ola bilmir, daim iş yerlərini dəyişirlər".