Hərbçimiz minaya düşüb - RƏSMİ

21:00 05.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.


Araşdırma aparılır.