“Hərbi Hava Qüvvələrinin əsgərlərinə təşəkkür edirəm” - ABŞ səfiri

10:50 07.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink Ukrayna Hərbi Hava Qüvvələrini peşə günü münasibətilə təbrik edib və Ukrayna səmasını qoruduqlarına görə onlara təşəkkür edib.

Hafta.az-ın “European Truth”a istinadən yazdığına görə, səfir öz Twitter səhifəsində Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə hücum etdiyi son gündə məhv edilən raket və pilotsuz təyyarələrin siyahısı ilə Hərbi Hava Qüvvələrinin infoqrafikasını paylaşıb.

"Ukrayna Hərbi Hava Qüvvələri Günündə Ukrayna Hərbi Hava Qüvvələrinin cəsur müdafiəçilərinə minnətdarlığımı bildirirəm", - Bricit Brink deyib.

Xatırladaq ki, Hərbi Hava Qüvvələri avqustun 5-i axşamdan avqustun 6-sı səhərədək ukraynalı müdafiəçilərin Rusiyanın 13 “Kalibr” qanadlı raketini, 17 X-101/X-555 qanadlı raketini və 27 “Şahed-136/131” zərbə PUA-nı məhv etdiyini açıqlayıb. 

Keçən həftə Birləşmiş Ştatlar Ukraynaya 400 milyon dollarlıq hərbi yardım paketi, o cümlədən Patriot sistemləri, NASAMS və HIMARS sistemləri və Stinger zenit sistemləri üçün sursatlar təqdim etdiyini açıqlayıb.

Siyasət rubrikasından digər xəbərlər