Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir -VİDEO

12:40 27.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində "N" hərbi hissəsində hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyindən hafta.az-a bildirilib ki, toplanışda hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin, sıra hazırlığının elementləri öyrədilir.

Bundan başqa, iştirakçılar atış sahəsində atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

 

Keçirilən toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən, praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Oxunma sayı 56
Siyasət rubrikasından digər xəbərlər