Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

11:11 30.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Beynəlxalq Aeroportunun işçi heyəti koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayıldığını nəzərə alaraq, gözləmə zallarındakı oturacaqlarda sosial məsafənin saxlanması ilə bağlı elanlar yerləşdirib.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Beynəlxalq Aeroportu yayıb.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərdən bu məsafəni qorumağı, özünü və ətrafdakıları təhlükəyə atmamağı xahiş edir.