Heydər Əliyev bütölükdə Azərbaycana  azərbaycançılıq gətirildi  - Sahib Alıyev

14:11 14.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“14 iyul Azərbaycanda yeni milli dövlətin özülünün kərpic-kərpic qoyulmağa başlandığı gündür”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.

Deputat 14 iyulun Azərbaycan tarixindəki yeri və rolundan danışıb.

“Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərliyindən söz düşərkən daha çox onun respublikanı necə iqtisadi inkişaf və sənayeləşmə baxımından qabaqcıllar sırasına çıxardığı qabardılır. Heydər Əliyev özündən əvvəlki rəhbərlərdən fərqli olaraq  hələ DTK-da işlədiyi vaxtdan həmən Moskvanın respublikalar üzərində kontrolundakı boşluqları bilirdi və bundan xalqımızın maraqlarının təmini üçün uğurla faydalanmağa başladı.

Nəticədə Heydər Əliyevin Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərliyi dövründə Bakı milliləşdirildi, burada  azərbaycanlıların sayı çoxaldıldı, bütölükdə Azərbaycana  azərbaycançılıq gətirildi. Sovetçilik, sosialistçilik və beynəlmiləlçilik onun kölgəsində qaldı. Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postu isə Heydər Əliyevin dövründə artıq Respublikada təkcə ən yüksək vəzifə deyildi,  orada əyləşən həm də defakto ali icraedici orqanın, yəni hakimiyyətin başında duran şəxs  funksiyasını yerinə yetirirdi. Bunun üçün təkcə bilik və təcrübə deyil, öz xalqına möhkəm bağlılıq tələb olunurdu ki, onların hamsısı məhz Ulu Öndərdə vardı.  Heydər Əliyevin bu keyfiyyətləri müstəqilliyimizn ilk illərində də əlimizdən tutdu. Yeltsin qarışıq o zaman Rusiyanın rəhbərliyində yer alanların  əksəriyyəti “Əsrin Müqaviləsi”nin əleyhinə çıxıdıqları halda, həmən ölkənin yanacaq və energetika nazırı sözü gedən anlaşmanın imzlanma törənində Bakıda idi”-deyə, deputat 14 iyulun tarixi əhəmiyyətinə diqqət çəkib.

Siyasət rubrikasından digər xəbərlər