Hikmət Hacıyev: Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqton, Brüssel və Parisdə deyil, regiondadır

10:34 21.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, burdadır, regiondadır.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sülhün irəli aparılması, ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan regionun içinə baxmalı, Azərbaycanla danışıqları davam etdirməlidir:

“Azərbaycanda xoş niyyət var. Ölkəmizin suverenliyi təmin edilib, regionda yeni status-kvo yaranıb və bu status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanan legitim status-kvodur. Bundan əvvəlki status-kvo, hansı ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi, Ermənistanın dəstəkləyicisi olan Minsk qrupu da müdafiə edirdi, bu, haqsız və qəbuledilməz idi”.

Oxunma sayı 43
Siyasət rubrikasından digər xəbərlər