Hikmət Hacıyev Aİ komissarı ilə görüşdü

21:00 03.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

 

Hafta.az xəbər verir ki, Oliver Varhelyi bu barədə "Twitter"də bildirib.

 

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdıq. Həmçinin Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik”, - Aİ Komissarı qeyd edib.

 

Görüşdə Cənubi Qafqaz və Aİ-nin bu regiona dəstəyi də müzakirə olunub.