“HIMARS sistemlərinin Kiyevə daha tez çatdırılması Mariupolun işğalının qarşısını ala bilərdi" - Polşa səfiri

09:50 07.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“HIMARS uzaqmənzilli raket sistemlərinin Kiyevə daha tez çatdırılması Mariupolun Rusiya qüvvələri tərəfindən işğalının qarşısını ala bilərdi”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Polşanın Ukraynadakı səfiri Bartoş Tsıxotski “Polska Times”a müsahibəsində deyib. Diplomat qeyd edib ki, HİMARS Ukraynaya daha tez çatsaydı, bəlkə də Mariupol faciəsi baş verməzdi. Çünki Ukrayna əsgərləri Mariupol şəhərindən sadəcə 100 kilometr aralıda dayanmışdılar, onları bu qəhrəman şəhərlə düzənlik ayırmışdı, cəbhə xəttində irəliləməyə imkan yox idi və buna görə də qardaşlarının faciəsini passiv izləməyə məcbur oldular.

“Beləliklə, biz özümüzə sual verməliyik ki, Ukraynada insanların qanının tökülməsini və nəhayət qalib gəlməsini kənardanmı izləyəcəyik? Sonra da onilliklər boyu bu ölkəni bərpa etməyə vaxt sərf edəcəyik ki, bu da sərhədlərimizdə uzunmüddətli qeyri-sabitlik yaradacaq. Bəlkə biz indidən bir araya gəlib daha çox səylər göstərək ki, bu qələbəni sürətləndirəcək, nəticədə bərpa və sabitliyin yaranması müddətini qısaldacaq”, - Polşa səfiri bildirib.

Tsıxotskinin sözlərinə görə, Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəsinə “şübhə yoxdur”.

Polşalı səfir deyib ki, Qərbin Ukraynaya hərbi və iqtisadi dəstəyi dayandırmasında və Rusiyanı sanksiyalarla cəzalandırmaq qərarında möcüzəvi dönüş olmasa, hansı ki, bunu ağlından belə keçirmir, Ukrayna xalqı bütün dağıntıların və insan itkisinin miqyasına baxmayaraq var qüvvəsi ilə müdafiə olunacaq. Diplomatın sözlərinə görə, bu sadəcə zaman məsələsidir.

Xatırladaq ki, may ayında Mariupolda “Azovstal”ın müdafiəçiləri komandanlığın əmri ilə müqavimətin başa çatdığını elan edərək təslim olmuşdular. Ukrayna tərəfinin sözlərinə görə, həmin müdafiəçilərin azad edilməsi əməliyyatların bir hissəsidir.

Cənab Tsıxotski bildirib ki, müharibənin Ukraynadan kənara sıçraması riski var, çünki Rusiya diktatoru Vladimir Putin soyuq müharibənin güc balansına qayıtmaq istəyir. Rusiyanın Lvovu raket atəşinə tutması faktını əsas gətirən diplomat qeyd edib ki, raketin hara düşməsindən asılı olmayaraq, başa düşməliyik ki, bu münaqişənin yayılma riski böyükdür. “Vladimir Putinin bu müharibəsi Xarkov, Severodonetsk və ya Mariupol uğrunda aparılmayıb. Mübarizə Soyuq müharibədə qüvvələrin balansına qayıtmaqdır”, - deyə o vurğulayıb.

Tsıxotski Rusiyanın raket hücumunun əsl məqsədini bilmədiyini, lakin bunun Polşa Xarici İşlər Nazirliyinin rəhbəri və ATƏT sədri Zbiqnev Raunun Ukraynaya səfəri ilə bağlı ola biləcəyini də istisna etməyib.

“Mətbuat konfransında Rau açıq şəkildə bildirdi ki, ATƏT Ukraynanı tərk etməyəcək və həll yolu tapılacaq ki, ATƏT-in üzvü olan Rusiyanın müqavimətinə baxmayaraq, təşkilat humanitar baxımdan Ukraynanı fəal şəkildə dəstəkləsin. Ola bilər ki, bu Rusiyanın xoşuna gəlməyib”, - deyə Tsıxotski bildirib.

Oxunma sayı 664
Siyasət rubrikasından digər xəbərlər