Yazını böyüt
Yazını kiçilt
Kredit və ya debet plastik kartlarından pulla qızıl sikkələr almağa imkan verən bankomat Hindistanın Heydərabad şəhərində (Telenqan ştatı) müştərilərə xidmət göstərməyə başlayıb. “The Economic Times”ın çərşənbə axşamı verdiyi məlumata görə, bu, təkcə Hindistanda deyil, dünyada real vaxt rejimində işləyən ilk belə maşındır.
Bu cihaz vasitəsilə qızıl satışı üçün innovativ texnologiya hazırlayan özəl Hindistan şirkəti Goldsikka Pvt Ltd tərəfindən istehsal edilib. Bankomatda 5 kq 24 karatlıq qızıl sikkələr saxlanılır, o, onları səkkiz variantda - 0,5 q-dan 100 q-a qədər əldə etməyə imkan verir.Bankomatın mühüm xüsusiyyəti ondan ibarətdir ki, onun ekranında qızılın qiyməti real vaxt rejimində yenilənir.