Hindistan polisi Qucarat ştatında körpünün uçması ilə bağlı 9 nəfəri saxlayıb

15:15 31.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Qucarat ştatında polis 140-a yaxın insanın ölümünə səbəb olan kanatlı piyada körpüsünün uçması ilə bağlı 9 nəfəri saxlayıb. Hafta.az bildirir ki, bu barədə bazar ertəsi İANS xəbər agentliyi məlumat yayıb.

Saxlanılanlar arasında körpünü istismar edən şirkətlə əlaqəsi olan mühəndislər, menecer və təhlükəsizlik işçiləri var.

Bazar günü axşam saatlarında Qucarat əyalətinin Morbi rayonunda Maçhu çayı üzərində kanatlı körpü uçub. Ümumilikdə həmin an onun üzərində 500-ə yaxın insan olub. Xilasetmə əməliyyatı davam edir.