Hindistanda 21 yaşlı gəlin toyda infarkt keçirərək dünyasını dəyişib

11:00 07.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanda 21 yaşlı gəlin toyda infarkt keçirərək dünyasını dəyişib. Hafta.az OpIndia-ya istinadən xəbər verir ki, qız qonaqların və qohumlarının qarşısında təntənəli nikah mərasimi zamanı huşunu itirib.

Ənənəvi toy şənliyi Malihabad şəhərində baş tutub. 21 yaşlı gəlin bəyin başına gül çələngi qoymaq üçün səhnəyə çıxıb, lakin huşunu itirib.

Qız ən yaxın xəstəxanaya aparılıb. Həkimlər onun həyatı üçün mübarizə aparsalar da, xilas edə bilməyiblər, gəlinin ölümünə səbəb infarkt olub.

Yaxınlarının dediyinə görə, toya üç həftə qalmış qız yüksək hərarətdən və halsızlıqdan şikayətlənib, toya bir gün qalmış təzyiqi yüksək olduğu üçün həkimə müraciət edib, ona dərman yazılaraq evə buraxılıb.

Oxunma sayı 1127