Hindistanda hunduistlər müsəlman gənci öldürüb meyitini ağacdan asdılar

14:50 19.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Maharaştra ştatında radikal hindu dəstələri tərəfindən bir müsəlman gəncin öldürüldüyü bildirilib.

Hafta.az-ın yazdığına görə, yerli mənbələr, radikal hinduların Maharaştra əyalətində 15 yaşında olduğu deyilən Məhəmməd Murtaza Şeyxi döyərək öldürdüklərini, bununla da ürəkləri soyumayıb, meyiti ağacdan asdıqlarını açıqlayıblar.

Mənbələrin məlumatına görə, 15 yaşlı Məhəmməd bacısı ilə birlikdə Maharaştra ştatının Bid rayonunda meşəyə odun yığmağa giribmiş. Lakin Məhəmməd və onun bacısı bir qrup radikal hindu tərəfindən hücuma məruz qalıb. Məhəmmədin bacısı kömək çağırmaq üçün hadisənin baş verdiyi ərazidən qaçmağı bacararkən, geri qayıdanda qardaşının ağacdan asılmış cansız bədəni ilə qarşılaşıb.

15 yaşlı müsəlman yeniyetmənin linç edilərək öldürülməsi və cəsədinin ağacdan asılması bölgə müsəlmanlarının böyük reaksiyasına səbəb olub. Polisin hadisə ilə bağlı araşdırma başlatdığı bildirilir.

Siyasət rubrikasından digər xəbərlər