Hindistanın Ali Məhkəməsi Rahul Qandinin məhkumluğuna xitam verdi

11:00 04.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Ali Məhkəməsi müxalif Milli Konqres Partiyasının lideri Rahul Qandinin diffamasiya işi üzrə məhkum edilməsi işinə xitam verib.

Hafta.az-ın yazdığına görə, bu, cənab Qandiyə yenidən parlamentə qayıtmağa və gələn il keçiriləcək milli seçkilərdə iştirak etməyə imkan verəcək.

Rahul Qandi mart ayında hakim Bharatiya Janata Partiyasından (BJP) olan Qucarat ştatından seçilmiş bir millət vəkilinin 2019-cu ildə baş nazir Narendra Modini və Modi adlı digər şəxsləri, eləcə də Modi soyadlı insanları təhqir edən şərhlərinə görə qaldırdığı ittiham üzrə mühakimə olunmuşdu.

Hindistana üç baş nazir verən dünya şöhrətli Qandi sülaləsinin nəvəsi, 53 yaşlı Rahul Qandi iki il həbs cəzasına məhkum edilsə də, həbs müddəti təxirə salınıb və o, zaminə buraxılıb.

İki il və ya daha çox müddətə azadlıqdan məhrum edilmiş deputatlar avtomatik olaraq diskvalifikasiya olunduğundan, o, məhkum olunduqdan sonra deputat mandatını da itirmişdi.

Xatırladaq ki, yerli məhkəmələr və Qucaratın Ali Məhkəməsi Qandinin hökmün dayandırılması ilə bağlı müraciətlərini rədd etdiyindən, o, Hindistanın Ali Məhkəməsinə müraciət etmişdi.

Qeyd edək ki, Rahul Qandi Mahatma Qandinin nəticəsi, İndira Qandinin nəvəsi və Raciv Qandinin oğludur. 

Siyasət rubrikasından digər xəbərlər