Hindistanın Baş nazirindən Azərbaycan Prezidentininə Ramazan təbriki

15:00 21.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Baş naziri Narendra Modi Ramazan bayramı münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını Hindistan xalqı və hökuməti adından təbrik edib.

Hafta.az-ın yazdığına görə, cənab Modi təbrik məktubunda bildirib ki, son bir ay ərzində Hindistanda və bütün dünyada müsəlmanlar müqəddəs Ramazan ayını qeyd edib, oruc tutub və dualar ediblər. İndi isə onların Ramazan bayramını ənənəvi şövqlə qeyd etməyə hazırlaşdığı bir vaxtda, bütün dünya üzrə insanlar qardaşlıq və birlik dəyərlərini xatırlayırlar.

“Biz dünya xalqları üçün sülhə, harmoniyaya, yaxşı sağlamlıq və xoşbəxtliyə ümid edir və bunun üçün dua edirik”, - Baş nazir Modi əlavə edib.

Siyasət rubrikasından digər xəbərlər