Pakistanın baş naziri Ənvəül Hakk Kakar BMT-nin 78-ci Baş Assambleyasında iştirak üçün təşrif buyurduğu Nyu Yorkda bəzi açıqlamalar verib.
Hafta.az-ın “Dawn” qəzetinə istinadən yazdığına görə, Kakar, anti-müsəlman əhval-ruhiyyəsindən ilhamlanaraq artan hindutva və ya hindu millətçiliyinin ABŞ da daxil olmaqla beynəlxalq ictimaiyyət üçün dərin narahatlıq doğurduğunu, hindutva ideoloqlarının bölgədən kənara çıxmağa təşviq edildiyini və siqh lideri Hardip Singhin öldürüldüyünü bildirib. O qeyd edib ki, məhz Kanadada qətlə yetirilən Niccar bu pis tendensiyanın əksidir.
Hindistanın baş naziri Narendra Modinin hindu milliyətçiliyi ideologiyasını Kanadada öldürülən siqhlərlə əlaqələndirən Kakar, Qərb paytaxtlarının iqtisadi və strateji səbəblərdən bu həqiqəti görməməzlikdən gəlməyə üstünlük verdiyini vurğulayıb.
Kakar Pakistanın Hindistanla sülh münasibətləri qurmaq istəyinin davam etdiyinə diqqət çəkərək, bu axtarışın Dehli hökumətinin qarşılıqlı səmimiyyətini tələb etdiyini bildirib.
Hindistanın 5 avqust 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunu ləğv etməsinə toxunan Kakar, Dehlinin addımlarının bütün bölgəni qaranlığa sürüklədiyini bildirib.
Kakar Cammu və Kəşmirdə insan haqları pozuntularının pisləşməsindən narahat olduqlarını bildirib, ABŞ-ı Cammu və Kəşmir məsələsini sülh yolu ilə və region xalqlarının istəklərinə uyğun çözmək üçün Hindistana təsirindən istifadə etməyə çağırıb.
Güclü Pakistan - ABŞ əlaqələrinin Cənubi Asiyada və onun hüdudlarından kənarda sabitlik və tərəqqi üçün güc ola biləcəyini bildirən Kakar, İslamabadın Vaşinqton və dinc, firavan dünya hədəfinə sahib olan bütün tərəfdaşlarla işləməyə hazır olduğunu vurğulayıb.
Pakistanın həm ABŞ, həm də Çinlə əlaqələri davam etdirmək əzmində olduğuna diqqət çəkən Kakar ölkəsinin heç bir siyasi düşərgədə olmaq istəmədiyini qeyd edib.