Hirkan Milli Parkındakı yanğın SÖNDÜRÜLDÜ

15:08 30.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında başlayan yanğın söndürülüb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, yanğın nəticəsində quru ot örtüyü yanıb.

 

Ərazidə növbətçilik təşkil edilib. Hazırda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə araşdırma aparılır.